"Müdafiə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 18-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, No– 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 3, maddə 148, No– 11, maddə 683; 2004, No– 5, maddələr 312, 319; 2005, No– 7, maddə 576; 2006, No– 3, maddə 219, No– 5, maddə 385, No– 11, maddə 933; 2017, No– 12, I kitab, maddə 2196) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin ikinci hissəsinin beşinci abzasında “tətbiq edilməsi” sözləri “elan edilməsi, qüvvədə olma müddətinin uzadılması” sözləri ilə əvəz edilsin.

2. 5-ci maddənin ikinci hissəsinin on ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəbhəboyu zonanın (ərazinin) hüdudlarını və hərbi idarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edir, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi haqqında fərmanı təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;”.

3. 14-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydası, hərbi vəziyyət dövründə hüquq və azadlıqların təminatı, habelə hərbi vəziyyətlə bağlı digər məsələlər “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may 2018-ci il
No– 1109-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU