"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq    q ə r a r a   a l ı r :

Maddə 1. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 1, maddə 9, No– 8, maddə 598, No– 9, maddə 668; 2007, No– 4, maddə 320, No– 5, maddə 446, No– 7, maddə 712, No– 11, maddə 1078; 2008, No– 6, maddə 470, No– 7, maddə 608; 2010, No– 7, maddə 590; 2011, No– 4, maddə 266, No– 11, maddə 982; 2012, No– 6, maddə 521; 2014, No– 2, maddə 84; 2015, No– 5, maddə 491; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 986-VQD nömrəli və 6 mart tarixli 1027-VQD nömrəli qanunları) 71.2-ci maddəsində “2120” rəqəmləri “2335” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 may 2018-ci il
No– 1122-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU