"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, No– 2, maddə 72; 2013, No– 7, maddə 789; 2014, No– 10, maddə 1160; 2016, No– 3, maddə 407, No– 4, maddə 641; 2017, No– 12, I kitab, maddə 2228) 21.2-ci maddəsində “bilərəkdən yalan” sözləri “haqsız, qeyri-dəqiq və gizli” sözləri ilə, “reklam haqqında qanunvericiliyin” sözləri “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 may 2018-ci il
No– 1130-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU