Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseyn Abbas oğlu Abdullayevin toxunulmazlığına xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseyn Abbas oğlu Abdullayevin toxunulmazlığına xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisi deputat Hüseyn Abbas oğlu Abdullayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci və 132-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına baxaraq, Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının bu məsələyə dair rəyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II-ci hissəsinə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin üçüncü hissəsinə, habelə Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 22-ci maddəsinə əsasən qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseyn Abbas oğlu Abdullayevin toxunulmazlığına xitam verilsin və cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilsin.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 19 mart 2007-ci il
No– 263-IIIQR
Fayl şəklində yüklə