"Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, No– 8, maddə 406; 2009, No– 12, maddə 971; 2011, No– 6, maddə 462; 2013, No– 5, maddə 484) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.2-ci maddə ləğv edilsin.
2. 6.3-cü maddənin birinci və ikinci cümlələrinə, 9.2-ci maddəyə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilsin.
3. 9.2-ci maddədə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə, “müəllif hüququ sahəsində dövlət siyasətinin” sözləri “əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2018-ci il
No– 1133-VQD
Fayl şəklində yüklə