İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda əyişikliklər edilməsi barədə
İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda əyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 11, maddə 655; 2008, No– 6, maddə 462, No– 12, maddə 1047) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.1-ci, 11.5-ci və 11.6-cı maddələrdə “orqanında” sözü “orqanının yaratdığı qurumda” sözləri ilə əvəz edilsin.
2. 13.1-ci maddəyə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2018-ci il
No– 1135-VQD
Fayl şəklində yüklə