"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, No– 7, maddə 642) aşağıdakı dəyişikliklər edilsin:
1. 12.2-ci, 12.4-cü, 13.1-ci, 13.4-cü, 15.1-ci və 15.4-cü maddələrdə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.
2. 14.1-ci maddənin birinci cümləsində və 14.2-ci maddədə “büdcədənkənar xüsusi vəsaitlər üzrə” sözləri “yaratdığı qurumun” sözləri ilə əvəz edilsin.
3. 16.3-cü maddəyə “nəzarəti” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2018-ci il
No– 1139-VQD
Fayl şəklində yüklə