"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının icrası ilə əlaqədar qərara alır:
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 1, maddə 1, No– 3, maddə 131; 2002, No– 12, maddə 693; 2003, No– 1, maddə 16; 2004, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 11, maddə 927, No– 12, maddələr 1005, 1014; 2007, No– 2, maddə 83, No– 5, maddələr 434, 436, No– 7, maddə 711, No– 10, maddə 934, No– 11, maddələr 1049, 1074, 1078, No– 12, maddələr 1213, 1219; 2008, No– 3, maddə 153, No– 5, maddələr 326, 341, No– 6, maddələr 471, 481, No– 7, maddə 602, No– 8, maddə 699, No– 10, maddə 881; 2009, No– 2, maddə 54, No– 5, maddə 311, No– 6, maddə 403, No– 10, maddə 771, No– 11, maddə 878, No– 12, maddə 964; 2010, No– 4, maddə 276; 2011, No– 2, maddə 71, No– 3, maddə 165, No– 6, maddə 463; 2012, No– 5, maddə 413, No– 10, maddə 945, No– 11, maddə 1049; 2015, No– 1, maddə 9, No– 5, maddə 488, No– 10, maddə 1100; 2016, No– 8, maddə 1365, No– 11, maddələr 1760, 1782, 1785; 2017, No– 5, maddə 726, No– 6, maddə 1054, No– 7, maddə 1267, No– 8, maddə 1513, No– 11, maddə 1974, No– 12, maddə 2192; 2018, No– 2, maddələr 158, 159, No– 3, maddə 392; Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1077-VQD və 1 may tarixli 1114-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.4-cü maddəyə “Azərbaycan Respublikasının Prezidentinə” sözlərindən sonra “, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə” sözləri əlavə edilsin.
2. 4.1.9-cu və 27.1-ci maddələrdə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin.
3. 11.1.2.1-ci maddəyə “köməkçisinin vəzifəsi” sözlərindən sonra“, Azərbaycan Respublikasının vitse-prezidentinin köməkçisinin vəzifəsi” sözləri əlavə edilsin.
4. 22.7-ci maddənin üçüncü cümləsinə “maddə” sözündən sonra “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
No– 1171-VQD
Fayl şəklində yüklə