"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 8, maddə 685; 2006, No– 11, maddə 932; 2007, No– 5, maddə 442, No– 11, maddə 1053; 2016, No– 6, maddə 969, No– 12, maddə 1989; 2017, No– 3, maddə 346, No– 6, maddələr 1024, 1046, No– 7, maddə 1266, No– 12, I kitab, maddə 2255) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və 16.1-ci maddəyə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.
2. 16.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
No– 1102-VQD
Fayl şəklində yüklə