"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 9, maddə 564; 2001, No– 5, maddə 298, No– 11, maddələr 676, 698; 2002, No– 1, maddə 9, No– 8, maddə 463; 2003, No– 8, maddə 424; 2004, No– 2, maddə 57, No– 11, maddə 901; 2005, No– 4, maddə 277, No– 10, maddə 874, No– 11, maddə 993; 2006, No– 12, maddə 1027; 2007, No– 6, maddə 560, No– 11, maddələr 1053, 1091; 2008, No– 2, maddə 49, No– 6, maddələr 453, 463, No– 7, maddə 602; 2009, No– 2, maddə 47, No– 4, maddə 210, No– 12, maddə 948; 2010, No– 7, maddə 598; 2011, No– 2, maddə 71, No– 4, maddə 255, No– 6, maddə 469, No– 12, maddə 1097; 2012, No– 5, maddə 402, No– 7, maddə 671; 2013, No– 4, maddələr 362, 363, No– 7, maddə 795, No– 11, maddələr 1295, 1298; 2014, No– 4, maddələr 343, 346, No– 5, maddə 467, No– 11, maddə 1352; 2015, No– 1, maddə 2, No– 2, maddələr 76, 79, 105, No– 5, maddə 502, No– 6, maddə 686, No– 11, maddələr 1256, 1276; 2016, No– 11, maddələr 1758, 1784, 1795, No– 12 maddə 1993; 2017, No– 2, maddələr 138, 150, No– 5, maddə 727, No– 8, maddə 1507, No– 10, maddə 1774, No– 12, I kitab, maddə 2215; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli, 29 dekabr tarixli 966 nömrəli Qanunu) 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. I hissəyə aşağıdakı məzmunda 2-2-ci bənd əlavə edilsin:
“2-2) hərbi vəziyyət rejimi tətbiq edildikdə;”.

2. II hissənin üçüncü cümləsinə “yalnız” sözündən sonra və VI hissənin birinci cümləsinə “fövqəladə” sözündən əvvəl “hərbi vəziyyət rejiminin tətbiqi,” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may 2018-ci il
No– 1106-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU