"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi  barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında” 2007-ci il yanvarın 15-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2007-ci il
No– 265-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU