Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsini “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 4, maddə 213; 2001, No– 3, maddə 143, No– 6, maddə 362, No– 11, maddələr 672, 679, No– 12, maddə 731; 2002, No– 1, maddə 2, No– 5, maddə 241, No– 6, maddə 328; 2003, No– 1, maddələr 9, 23; 2004, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 6, maddə 413, No– 7, maddə 505, No– 9, maddə 672, No– 12, maddə 981; 2005, No– 3, maddə 151, No– 4, maddə 278, No– 7, maddə 560, No– 10, maddə 874, No– 11, maddə 1001, No– 12, maddə 1094; 2006, No– 3, maddələr 220, 222, No– 5, maddə 385, No– 11, maddə 923, No– 12, maddələr 1004, 1025, 1030; 2007, No– 5, maddələr 401, 437, No– 6, maddə 560, No– 8, maddə 756, No– 11, maddələr 1049, 1053; 2008, No– 3, maddə 156, No– 7, maddələr 600, 602, No– 10, maddə 887, No– 11, maddə 960; 2009, No– 2, maddə 48, No– 5, maddə 294, No– 6, maddə 399, No– 12, maddələr 949, 969; 2010, No– 2, maddələr 70, 75, No– 4, maddə 275; 2011, No– 1, maddə 11, No– 2, maddələr 70, 71, No– 6, maddə 464, No– 7, maddə 598; 2012, No– 11, maddə 1054; 2013, No– 2, maddələr 89, 101, No– 11, maddə 1268; 2014, No– 2, maddə 92, No– 10, maddə 1162, No– 11, maddə 1339, No– 12, maddə 1527; 2015, No– 2, maddə 97, No– 3, maddə 250, No– 6, maddə 680; 2016, No– 2, I kitab, maddələr 190, 201, No– 5, maddə 847, No– 11, maddə 1767; 2017, No– 6, maddələr 1031, 1048, No– 12, I kitab, maddələr 2187, 2189; 2018, No– 1, maddə 13) 118-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində “uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara” sözləri “təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2018-ci il
No– 1144-VQD
Fayl şəklində yüklə