"Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı"nın təsdiq edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan
istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının
Siyahısı”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

“Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 noyabr 2017-ci il
No– 877-VQ

 


Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli
877-VQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

 

Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan
istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının

SİYAHISI

 

 

 

Sıra  

No–-si

 

Prekursorun adı

Xeyli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri 

Külli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri  

1.

 Antranil turşusu

2500 qram

25000 qram

2.

 Aseton

50 litr

200 litr

3.

 Erqotamin

0,3 qram

3 qram

 

 

4.

Efedrin (başqa mürəkkəb  tərkibli dərman preparatlarının  tərkibində nəzarətdə saxlanılmır)

25 qram

5000 qram

5.

 Etil efiri

20 litr

200 litr

6.

 Erqometrin (erqonovin)

0,3 qram

3 qram

7.

 Fenilsirkə turşusu

1000 qram

10000 qram

8.

 Xlorid turşusu

100  litr

1000 litr

9.

 İzosafrol

500 qram

5000 qram

10.

 Kalium permanqanat

500 qram

3000 qram

11.

 Lizergin turşusu  

0,1 qram

1 qram

12.

 Metiletilketon (MEK)

20  litr

200 litr

13.

 Norefedrin

25 qram

5000 qram

14.

 N-asetilantranil turşusu

300 qram

3000  qram

15.

 Piperonal

20 qram

200 qram

 

16.

Psevdoefedrin (başqa  mürəkkəb tərkibli dərman  preparatlarının tərkibində  nəzarətdə saxlanılmır) 

25 qram

5000 qram

17.

 Piperidin

20 qram

200 qram

18.

 Sirkə turşusunun anhidridi

100 qram

5000 qram

19.

 Safrol

500  qram

5000  qram

20.

 Sulfat turşusu

100   litr

1000   litr

21.

 Toluol

100   litr

1000   litr

22.

 1-Fenil-2-propanon

10  qram

2000  qram

 

23.

 3,4-metilendioksifenil- 2-propanon

10  qram

 

2000  qram

 


Qeyd.
Bu Siyahıda göstərilən miqdarlar həmin prekursorların duzlarına (belə duzların mövcudluğu mümkün olduğu halda) da aiddir.



 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU