"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununda əyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda əyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 419; 2001, No– 3, maddə 143; 2004, No– 2, maddə 57, No– 4, maddə 199; 2007, No– 11, maddə 1052; 2009, No– 12, maddə 968; 2014, No– 10, maddə 1153; 2016, No– 6, maddə 980; 2017, No– 12, I kitab, maddə 2200) aşağıdakı dəyişikliklər edilsin:

1. 23-cü maddədə “məktəbəqədər uşaq tərbiyə müəssisələrində, orta məktəblərdə və texniki peşə məktəblərində” sözləri “təhsili müəssisələrində” sözləri ilə əvəz edilsin.

2. 39-cu maddənin on altıncı abzasında “uşaq tərbiyə və yeniyetmə müəssisələrində, texniki peşə məktəblərində, habelə” sözləri “təhsili müəssisələrində, habelə digər” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 may 2018-ci il
No– 1149-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU