"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 10, No– 6, maddə 414; 2001, No– 5, maddə 293, No– 11, maddə 687, No– 12, maddə 740; 2002, No– 5, maddə 241, No– 6, maddə 328, No– 12, maddə 706; 2004, No– 5, maddə 318; 2005, No– 4, maddə 281, No– 8, maddə 699, No– 10, maddə 903, No– 11, maddə 993; 2007, No– 1, maddə 4, No– 2, maddə 69, No– 8, maddə 745, No– 11, maddələr 1053, 1075; 2008, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 1, maddə 5, No– 7, maddə 517, No– 11, maddə 878; 2010, No– 7, maddə 597, No– 11, maddə 938; 2011, No– 4, maddə 258, No– 12, maddə 1098; 2012, No– 10, maddə 946; 2013, No– 11, maddə 1271; 2014, No– 11, maddə 1353; 2015, No– 5, maddə 487; 2016, No– 1, maddə 11, No– 7, maddə 1243, No– 12, maddə 2025; 2017, No– 2, maddə 148, No– 12 (I kitab), maddə 2236) 64-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər elektron informasiya sistemləri və ya ehtiyatları, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətlərinin düzgünlüyünü təsdiq edirlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
No– 1157-VQD
Fayl şəklində yüklə