Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 478; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddələr 237, 241; 2003, No– 1, maddə 11, No– 6, maddə 256, No– 8, maddə 423; 2004, No– 2, maddə 59, No– 6, maddə 415, No– 10, maddə 761; 2006, No– 2, maddə 67, No– 6, maddə 478, No– 8, maddə 657, No– 11, maddə 932; 2007, No– 1, maddə 3, No– 8, maddə 745; 2008, No– 5, maddə 348, No– 6, maddə 460, No– 8, maddə 707, No– 12, maddə 1048; 2009, No– 2, maddə 36; 2012, No– 6, maddə 497; 2013, No– 6, maddə 621; 2015, No– 3, maddə 244, No– 4, maddə 358, No– 10, maddə 1094; 2016, No– 1, maddələr 24, 27, No– 4, maddə 639; 2017, No– 1, maddə 24, No– 7, maddə 1301, No– 12, I kitab, maddə 2271; Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1126-VQD nömrəli Qanunu) 34-cü maddəsinə aşağıdakı məzmunda 5-1-ci bənd əlavə edilsin:
“5-1. Əkin yerinin yandırılması qadağandır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
No– 1158-VQD
Fayl şəklində yüklə