Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 913-VQD nömrəli Qanununun icrası ilə əlaqədar    q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 11, maddə 687; 2004, No– 7, maddə 505; 2006, No– 3, maddə 223; 2010, No– 11, maddə 936; 2013, No– 5, maddə 464; 2014, No– 11, maddə 1334; 2015, No– 10, maddə1083) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 38-1-ci maddə ləğv edilsin.

2. VII fəslin adından və 59-cu maddədən “və müvafiq inzibati xətalara görə inzibati cərimə” sözləri çıxarılsın.

3. 56-cı maddənin üçüncü hissəsi və 57-ci maddənin ikinci hissəsi ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2018-ci il
No– 1169-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU