"Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, No– 2, maddə 70, No– 11, maddə 1046; 2009, No– 6, maddə 397, No– 12, maddələr 948, 949; 2010, No– 7, maddə 600; 2011, No– 4, maddə 356; 2015, No– 2, maddə 84, No– 4, maddə 365; 2016, No– 11, maddə 1787; 2017, No– 1, maddə 10, No– 5, maddə 746, No– 6, maddələr 1023, 1038) 13.4-cü maddəsində “dərman vasitələrinin” sözlərindən sonra “on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə” sözləri əlavə edilisin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2018-ci il
No– 983-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU