"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 10, maddə 710; 2001, No– 9, maddə 576, No– 11, maddə 675; 2003, No– 1, maddə 16; 2005, No– 4, maddə 278, No–8, maddə 684, No– 10, maddə 908; 2007, No– 11, maddələr 1049, 1053; 2008, No– 8, maddə 699; 2009, No– 7, maddə 517, No– 8, maddə 611; 2010, No– 4, maddə 265; 2013, No– 3, maddə 216; 2014, No– 2, maddə 79, No– 11, maddə 1359) 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 iyun 2018-ci il
No– 1183-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU