"İcarə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 9, maddə 221, No– 17, maddə 736; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 226; 1999, No– 1, maddə 8; 2001, No– 11, maddə 683; 2002, No– 5, maddə 241, No– 12, maddə 706; 2003, No– 1, maddə 16; 2017, No– 6, maddə 1057) 8-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasında “Qanunla” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2018-ci il
No– 1204-VQD
Fayl şəklində yüklə