"Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 11, maddə 611; 2001, No– 11, maddə 699, No– 12, maddə 731; 2002, No– 3, maddə 118, No– 6, maddə 328; 2003, No– 1, maddə 22, No– 8, maddə 424; 2004, No– 2, maddə 57, No– 3, maddə 133; 2006, No– 2, maddələr 74, 75, No– 11, maddə 927; 2007, No– 8, maddə 756; 2008, No– 4, maddə 251, No– 7, maddə 602, No– 8, maddə 696, No– 10, maddə 883; 2009, No– 6, maddələr 399, 401; 2010, No– 2, maddə 74, No– 3, maddə 171; 2014, No– 2, maddə 87, No– 11, maddə 1360; 2015, No– 5, maddə 486, No– 11, maddə 1277, No– 12, maddə 1444; 2016, No– 2 (I kitab) maddələr 197, 216, No– 3, maddə 400, No– 5, maddə 838; 2017, No– 10, maddə 1770; 2018, No– 1, maddə 15) 14-cü maddəsinin birinci hissəsinin 3-cü bəndində “və məhkəmələrin” sözləri “, məhkəmələrin, müvafiq icra hakimiyyəti orqanının icra və probasiya qurumlarının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2018-ci il
No– 1210-VQD
Fayl şəklində yüklə