"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 413; 1999, No– 5, maddə 284, No– 7, maddə 396, No– 10, maddə 570; 2001, No– 5, maddə 292, No– 6, maddə 379, No– 7, maddə 455; 2002, No– 1, maddə 4, No– 12, maddə 706; 2003, No– 6, maddə 278; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 199, No– 8, maddələr 597, 598, No– 9, maddə 669; 2005, No– 1, maddə 7, No– 8, maddə 686; 2006, No– 1, maddə 4, No– 12, maddə 1005; 2007, No– 5, maddələr 439, 446, No– 7, maddə 712, No– 11, maddə 1078, No– 12, maddə 1222; 2008, No– 3, maddə 163, No– 7, maddə 609; 2009, No– 2, maddə 46, No– 11, maddə 878; 2010, No– 7, maddə 596, No– 10, maddə 842; 2011, No– 4, maddə 265; 2013, No– 1, maddə 21; 2014, No– 2, maddə 85, No– 7, maddələr 782, 784; 2015, No– 2, maddə 98, No– 4, maddə 346, No– 5, maddə 483, No– 11, maddə 1286; 2016, No– 6, maddə 1004, No– 11, maddə 1789, No– 12, maddə 2033; 2017, No– 6, maddə 1034, No– 7, maddə 1305, No– 11, maddə 1965; 2018, No– 1, maddə 12, No– 3, maddə 395; Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 113-cü maddənin ikinci hissəsinin 11-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12-ci bənd əlavə edilsin:
“12) “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş təkrar qiymətləndirmə nəticəsində hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə.”.
2. 114-cü maddənin üçüncü hissəsində “6-11-ci” sözləri “6-12-ci” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2018-ci il
No– 1230-VQD
Fayl şəklində yüklə