"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 12, maddə 740; 2002, No– 12, maddə 706; 2003, No– 1, maddə 23, No– 8, maddə 428, No– 12, I kitab, maddələr 676, 698; 2005, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006, No– 3, maddələr 223, 225, No– 6, maddə 481, No– 12, maddələr 1015, 1029; 2007, No– 2, maddə 80, No– 12, maddə 1203; 2008, No– 3, maddə 158, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1047; 2009, No– 1, maddə 5, No– 2, maddə 56, No– 3, maddə 160, No– 7, maddə 519, No– 12, maddə 947; 2010, No– 4, maddə 276, No– 6, maddə 485, No– 10, maddə 840, No– 11, maddə 939; 2011, No– 1, maddə 12, No– 4, maddələr 245, 264, No– 11, maddə 985, No– 12, maddə 1100; 2012, No– 1, maddə 4, No– 6, maddələr 508, 518, No– 7, maddə 646, No– 10, maddə 947, No– 12, maddələr 1216, 1227, 1229; 2013, No– 3, maddə 213, No– 5, maddə 474, No– 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, No– 12, maddələr 1485, 1504; 2014, No– 1, maddə 6, No– 5, maddə 468, No– 6, maddələr 603, 605, No– 7, maddələr 774, 780, No– 11, maddələr 1345, 1370; 2015, No– 12, maddə 1432; 2016, No– 1, maddələr 15, 36, No– 4, maddə 630, No– 5, maddə 849, No– 6, maddə 1014, No– 10, maddə 1605, No– 11, maddələr 1753, 1776, 1780, 1790, No– 12, maddələr 2006, 2051; 2017, No– 3, maddələr 337, 341, No– 5, maddə 742, No– 6, maddə 1028, No– 7, maddə 1308, No– 8, maddə 1506, No– 12, I kitab, maddə 2265; 2018, No– 3, maddə 405, No– 4, maddələr 639, 647) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə – 250 manat”.

1.2. Aşağıdakı məzmunda 11.3-cü maddə əlavə edilsin:
“11.3. Bu Qanunun 10.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.”.

1.3. 10.11.1-ci və 10.12.1-ci maddələrdə “etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya” sözləri “etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına” sözləri ilə əvəz edilsin.

1.4. 18.65.5.1-ci maddədə “18” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilsin.

1.5. 18.65.6.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilən hərrac nəticəsində müəyyən olunur.”.

1.6. 18.65.6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyat nişanları istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 35 manat.”.

1.7. 18.65.7.1-ci maddədə “17” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanunun 1.5-ci və 1.6-cı maddələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dövlət qeydiyyat nişanının hərrac vasitəsilə verilməsinə dair ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 iyun 2018-ci il 
No– 1232-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU