"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 3, maddə 115; 2004, No– 9, maddə 665; 2006, No– 3, maddə 207, No– 11, maddə 909; 2007, No– 10, maddə 928; 2009, No– 10, maddə 761, No– 12, maddə 944; 2011, No– 6, maddə 459, No– 8, maddə 749; 2014, No– 7, maddə 757; 2016, No– 4, maddə 655) 16.7-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“16.7. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1233-VKQD
Fayl şəklində yüklə