"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 931-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 8, maddə 689; 2007, No– 12, maddə 1218; 2009, No– 12, maddə 948; 2011, No– 3, maddə 169; 2015, No– 1, maddə 10, No– 2, maddə 95; 2016, No– 10, maddə 1604; 2017, No– 3, maddə 338, No– 5, maddə 693) aşağıdakı dəyişikliklər edilsin:
1. 10.4-cü maddənin ikinci hissəsində “təhqiqini” sözü “araşdırılmasını” sözü ilə əvəz edilsin.
2. 13.2-ci maddənin birinci hissəsinin birinci cümləsində “təhqiq edən” sözləri “araşdıran” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1244-VQD
Fayl şəklində yüklə