Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 8, maddə 612; 2011, No– 12, maddə 1108; 2012, No– 6, maddə 501; 2017, No– 5, maddə 732, No– 7, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

1. 21.1-ci və 24.1-ci maddələrə “orqanının” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun” sözləri əlavə edilsin.

2. 24.2.6-cı maddəyə və 28.3-cü maddənin birinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının" sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)" sözləri əlavə edilsin.

3. 28.4-5-ci və 143-cü maddələrdə "müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1253-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU