"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, No– 2, maddə 78; 2015, No– 11, maddə 1282; 2016, No– 11, maddə 1751; 2017, No– 11, maddə 1967; 2018, No– 6, maddə 1175) aşağıdakı dəyişikliklər edilsin:
1. 21.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
2. 27.1-ci maddədə ikinci halda, 33.3-cü maddənin ikinci cümləsində və 40.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
3. 39.2-ci və 39.6-cı maddələrdə “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin.
4. 39.3-cü maddəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
5. 40.4-cü maddənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə, ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
6. 40.5-ci maddənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə, ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
7. 45.1-ci maddədə “Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1256-VQD
Fayl şəklində yüklə