"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 404; 2002, No– 12, maddə 706; 2004, No– 2, maddə 57, No– 4, maddə 199; 2006, No– 2, maddə 64, No– 12, maddə 1005; 2007, No– 1, maddə 4; 2009, No– 5, maddə 308; 2010, No– 7, maddə 579; 2011, No– 2, maddə 71; 2012, No– 11, maddə 1038; 2013, No– 6, maddə 615; 2015, No– 11, maddə 1280; 2017, No– 5, maddə 690) 8-ci maddəsinin üçüncü hissəsində “Azərbaycan Respublikasının” sözlərindən sonra “prokurorluq orqanlarının, habelə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1257-VQD
Fayl şəklində yüklə