"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1110-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 19; 2001, No– 12, maddə 736; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 8, maddə 599, No– 10, maddə 787; 2005, No– 8, maddə 686; 2006, No– 12, maddə 1005; 2007, No– 4, maddə 322; 2009, No– 7, maddə 517, No– 11, maddə 878; 2010, No– 5, maddə 375; 2011, No– 2, maddə 71, No– 6, maddə 478; 2013, No– 11, maddə 1272; 2017, No– 11, maddə 1977; 2018, No– 2, maddə 148) 4-cü maddəsinin II hissəsinə “təqsirləndirilən şəxsin müdafiəsi,” sözlərindən sonra “məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1258-VQD
Fayl şəklində yüklə