"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci və 15-ci bəndlərini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar q ə r a r a a l ı r :
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 405; 2001, No– 11, maddələr 689, 690, No– 12, maddə 736; 2002, No– 5, maddə 242; 2003, No– 1, maddələr 11, 16, No– 6, maddə 256; 2004, No– 1, maddə 10, No– 4, maddə 202, No– 5, maddə 314, No– 6, maddə 397; 2005, No– 2, maddə 62; 2006, No– 2, maddə 67, No– 11, maddə 923, No– 12, maddə 1005; 2007, No– 11, maddələr 1053, 1082; 2008, No– 5, maddə 354; 2009, No– 6, maddə 410; 2010, No– 3, maddə 173, No– 4, maddələr 275, 276; 2011, No– 2, maddə 71, No– 12, maddə 1074; 2012, No– 6, maddə 523; 2014, No– 8, maddə 956, No– 11, maddə 1376; 2015, No– 2, maddələr 77, 88, No– 5, maddə 485; 2017, No– 1, maddə 3, No– 5, maddə 707; 2018, No– 1, maddə 28) 40-cı maddəsinin 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “bələdiyyə əmlakının icarəyə” sözləri “icarəyə və istifadəyə” sözləri ilə əvəz edilsin;
2. “torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən açıq məkanda reklama görə daxil olan ödənişlər” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1260-VQD
Fayl şəklində yüklə