"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 8, maddə 613; 2010, No– 6, maddə 489; 2011, No– 2, maddə 71; 2013, No– 11, maddə 1281; 2014, No– 4, maddə 340; 2015, No– 5, maddə 507; 2016, No– 3, maddə 420, No– 12, maddə 2021; 2017, No– 1, maddə 11, No– 7, maddə 1272; Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1163-VQD nömrəli və 12 iyun tarixli 1192-VQD nömrəli qanunları) 40-1.4.1-ci maddəsində “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1263-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU