Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, No– 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 3, maddə 133, No– 5, maddə 312; 2007, No– 8, maddə 754, No– 11, maddə 1078; 2008, No– 8, maddə 709; 2010, No– 12, maddə 1056; 2011, No– 2, maddə 71; 2012, No– 5, maddə 408; 2014, No– 2, maddə 86; 2016, No– 1, maddə 6; 2017, No– 3, maddə 327; 2018, No– 1, maddə 8) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 132-ci maddənin birinci hissəsinin səkkizinci abzasında, 161-ci maddənin birinci hissəsinin dördüncü abzasında “papirosçəkmə” sözü “tütün çəkmə” sözləri ilə əvəz edilsin.

2. 172-ci maddənin birinci hissəsində, 182-ci maddənin ikinci hissəsinin ikinci abzasında, dördüncü abzasında, 188-ci maddənin birinci hissəsində, 255-ci maddənin ikinci hissəsində, 288-ci maddənin dördüncü hissəsinin beşinci abzasında “papiros” sözü “tütün” sözü ilə əvəz edilsin.

3. 230-cu maddənin dördüncü cümləsində “Papiros” sözü “Tütün” sözü ilə əvəz edilsin.

4. Həmin nizamnamənin “Hauptvaxt haqqında” 4 saylı əlavəsinin 27-ci maddəsinin üçüncü abzasında, 33-cü maddəsinin birinci hissəsində “papiros” sözü “tütün” sözü ilə, 31-ci maddəsinin üçüncü hissəsində “Papiros” sözü “Tütün” sözü ilə əvəz edilsin.

5. Həmin nizamnamənin “Qarovul otağının avadanlığı” 11 saylı əlavəsinin 1-ci maddəsinin ikinci hissəsində “papirosçəkmə” sözü “tütün çəkmə” sözləri ilə, 7-ci maddəsində “Papirosçəkmə” sözü “Tütün çəkmə” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1265-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU