"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 10, maddə 607; 2005, No– 10, maddə 905; 2008, No– 8, maddə 701; 2014, No– 6, maddə 620; 2015, No– 2, maddə 93, No– 11, maddə 1255, No– 12, maddə 1442; 2016, No– 8, maddə 1367; 2017, No– 6, maddə 1059; 2018, No– 2, maddə 161) 15-ci maddəsinin birinci hissəsində “yeddinci” sözü “səkkizinci” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il
No– 1267-VQD
Fayl şəklində yüklə