"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 142; 2002, No– 6, maddə 328; 2004, No– 7, maddə 505; 2006, No– 12, maddə 1033; 2007, No– 1, maddə 4; 2010, No– 5, maddə 386; 2011, No– 2, maddə 71, No– 12, maddə 1086; 2012, No– 2, maddə 62; 2013, No– 5, maddə 466, No– 7, maddə 796; 2016, No– 2, maddə 198; 2017, No– 12 (I kitab), maddə 2264) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddənin ikinci hissəsinin dördüncü abzasında “gözlərinin rəngi,” sözlərindən sonra “əl-barmaq izləri,” sözləri əlavə edilsin.
2. 9.4-cü maddədə “vətəndaşa” sözü “vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il
No– 1304-VQD
Fayl şəklində yüklə