"Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 18, maddə 243; 1995, No– 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 385, No– 6, maddə 493; 1998, No– 2, maddə 70; 2000, No– 12, maddə 835; 2001, No– 3, maddə 143, No– 6, maddə 378, No– 11, maddə 674; 2002, No– 1, maddə 4, No– 8, maddə 463; 2004, No– 7, maddə 505; 2005, No– 3, maddə 152, No– 10, maddə 874; 2006, No– 1, maddə 3, No– 2, maddə 64, No– 3, maddə 219, No– 4, maddə 319, No– 11, maddə 933, No– 12, maddələr 1006, 1017, 1029; 2007, No– 7, maddə 712, No– 8, maddə 753, No– 11, maddə 1053; 2008, No– 3, maddə 158, No– 8, maddələr 699, 701, No– 10, maddə 886; 2009, No– 7, maddə 519; 2010, No– 3, maddə 166, No– 4, maddə 276, No– 11, maddə 935; 2011, No– 4, maddə 270, No– 6, maddə 474, No– 7, maddə 580; 2012, No– 7, maddə 647; 2013, No– 5, maddə 465, No– 6, maddə 619, No– 7, maddə 793; 2014, No– 4, maddə 323, No– 11, maddə 1335; 2015, No– 6, maddə 688; 2017, No– 6, maddələr 1042, 1045, No– 12 (I kitab), maddə 2263) 6-cı maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci bənddən “verilir” sözü çıxarılsın.
2. 6-cı bənddə “verilir.” sözü nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilsin:
“7) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən hərbi attaşelərə, hərbi nümayəndələrə, həmçinin hərbi attaşelik və hərbi nümayəndəlik aparatlarının digər zabit heyətinə;
8) müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il
No– 1305-VQD
Fayl şəklində yüklə