"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci və 17-ci bəndlərini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 405; 2001, No– 11, maddələr 689, 690, No– 12, maddə 736; 2002, No– 5, maddə 242; 2003, No– 1, maddələr 11, 16, No– 6, maddə 256; 2004, No– 1, maddə 10, No– 4, maddə 202, No– 5, maddə 314, No– 6, maddə 397; 2005, No– 2, maddə 62; 2006, No– 2, maddə 67, No– 11, maddə 923, No– 12, maddə 1005; 2007, No– 11, maddələr 1053, 1082; 2008, No– 5, maddə 354; 2009, No– 6, maddə 410; 2010, No– 3, maddə 173, No– 4, maddələr 275, 276; 2011, No– 2, maddə 71, No– 12, maddə 1074; 2012, No– 6, maddə 523; 2014, No– 8, maddə 956, No– 11, maddə 1376; 2015, No– 2, maddələr 77, 88, No– 5, maddə 485; 2017, No– 1, maddə 3, No– 5, maddə 707; 2018, No– 1, maddə 28) 4-cü maddəsinin 2-ci hissəsinin dördüncü abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il
No– 1308-VQD
Fayl şəklində yüklə