"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 690; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddə 242; 2004, No– 4, maddə 202; 2005, No– 2, maddə 62; 2007, No– 11, maddə 1082; 2010, No– 3, maddə 173; 2011, No– 12, maddə 1075; 2015, No– 2, maddə 86; 2016, No– 11, maddə 1779; 2017, No– 5, maddə 708, No– 7, maddə 1270; 2018, No– 1, maddə 21) 8-ci maddəsinin 2-ci bəndinin üçüncü abzasında “Bələdiyyələrin ərazisində” sözləri “Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il
No– 1309-VQD
Fayl şəklində yüklə