"Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 11, maddə 882; 2006, No– 2, maddə 65, No– 11, maddə 925; 2008, No– 8, maddə 699; 2013, No– 6, maddə 596; 2014, No– 7, maddə 762; 2015, No– 5, maddə 492; 2018, No– 7 (I kitab), maddə 1401) 32.4-cü maddəsində “orqanlarında” sözündən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanında” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il
No– 1312-VQD
Fayl şəklində yüklə