"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1106-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 3, I kitab, maddə 125; 2001, No– 12, maddələr 731, 736; 2004, No– 11, maddə 901; 2006, No– 6, maddə 478; 2007, No– 5, maddə 436, No– 10, maddə 938; 2008, No– 5, maddə 348, No– 7, maddə 602; 2012, No– 6, maddə 506; 2013, No– 6, maddələr 599, 624; 2014, No– 4, maddə 341, No– 7, maddə 775; 2016, No– 2, I kitab, maddə 200, No– 12, maddələr 1994, 1995; 2017, No– 5, maddə 720, No– 12, I kitab, maddə 2229; 2018, No– 1, maddə 20) 29-cu maddəsinin səkkizinci abzasına “fövqəladə” sözündən əvvəl “hərbi vəziyyət rejiminin tətbiqi,” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 oktyabr 2018-ci il
No– 1313-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU