Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8 (III kitab), maddə 586, No– 12, maddə 835; 2001, No– 7, maddə 455; 2002, No– 1, maddə 9, No– 5, maddələr 237, 240, 244, No– 8, maddə 463; 2004, No– 6, maddə 399; 2005, No– 4, maddə 278; 2006, No– 11, maddə 929; 2007, No– 8, maddə 756, No– 11, maddə 1049, No– 12, maddələr 1197, 1218; 2008, No– 6, maddə 462, No– 7, maddələr 602, 607; 2010, No– 3, maddə 171, No– 4, maddə 275, No– 7, maddə 591; 2011, No– 2, maddələr 70, 71, No– 6, maddə 473, No– 7, maddə 600, No– 12, maddə 1107; 2012, No– 5, maddə 406, No– 11, maddələr 1056, 1063; 2013, No– 8, maddə 889; 2015, No– 10, maddə 1107, No– 11, maddə 1271; 2016, No– 6, maddələr 981, 1000; 2017, No– 6, maddə 1058, No– 12 (I kitab), maddə 2268; Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1115-VQD nömrəli Qanunu) 51-1.2-ci və 172.4-cü maddələrinin ikinci cümlələrində, 172.6-cı maddəsində, 178.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 178.4-cü və 180.4-cü maddələrinin ikinci cümlələrində ismin müvafiq hallarında “icra qurumu” sözləri ismin müvafiq hallarında “probasiya qurumu” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2018-ci il
No– 1206-VQD
Fayl şəklində yüklə