"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, No– 2, maddə 56; 2015, No– 2, maddə 92, No– 5, mad6də 496, No– 7, maddə 821; 2016, No– 6, maddələr 999, 1007; 2017, No– 10, maddə 1769) 22-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 22.1.1-ci maddəyə “islah işləri” sözlərindən sonra “, azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin.

2. 22.1.2-ci maddədə “törətdiyi cinayətə görə” sözləri “qəsdən törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 iyun 2018-ci il
No– 1209-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU