"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 3, maddə 130; 2005, No– 4, maddə 276; 2007, No– 5, maddə 401, No– 6, maddə 562, No– 11, maddə 1070; 2008, No– 11, maddə 960; 2009, No– 6, maddə 404, No– 7, maddə 517; 2010, No– 4, maddə 276, No– 10, maddə 839; 2011, No– 7, maddə 590; 2013, No– 7, maddə 790; 2014, No– 7, maddə 772, No– 12, maddə 1517; 2015, No– 11, maddə 1262; 2016, No– 3, maddə 406, No– 6, maddə 975; 2017, No– 4, maddə 521, No– 11, maddə 1956, No– 12, maddə 2227; 2018, No– 1, maddə 33, No– 5, maddə 842, No– 7, maddə 1389) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.1-ci maddədə “yaradılır” sözündən sonra “və fəaliyyət göstərir” sözləri əlavə edilsin.

2. 23-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.”.

3. 24.1.8-ci maddədən “və Audit Komitəsinin”, “həmin idarəetmə orqanlarının” sözləri çıxarılsın və həmin maddədə “bankın inzibatçılarının” sözlərindən əvvəl “bu Qanunun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

4. 24.3-cü maddənin ikinci cümləsinə “ümumi yığıncaqları” sözlərindən sonra “(o cümlədən yenidən və təkrarən çağırılan ümumi yığıncaqlar)” sözləri əlavə edilsin.

5. 24.5-ci maddənin birinci hissəsinin ikinci cümləsinə “hər bir” sözlərindən sonra “növbəti” sözü, ikinci hissəsinin ikinci cümləsinə “qaydası” sözündən sonra “və müddəti” sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmunda 25.1.5-1-ci maddə əlavə edilsin:
“25.1.5-1. bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;”.

7. 25.1.9-cu maddədə “bankın nizamnamə kapitalının” sözlərindən əvvəl “bu Qanunun 24.3-cü və 25.1.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

8. 25.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

9. 26.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

10. 27.3-cü maddədə “4” rəqəmi “3” rəqəmi ilə, “Səhmdarların Ümumi Yığıncağı” sözləri “Müşahidə Şurası” sözləri ilə əvəz edilsin.

11. 27.4-cü maddədə “fiziki şəxslər” sözləri “, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər” sözləri ilə, “Səhmdarların Ümumi Yığıncağının” sözləri “Müşahidə Şurasının” sözləri ilə əvəz edilsin.

12. 28.1-ci maddənin birinci cümləsindən “İdarə Heyəti və” sözləri çıxarılsın.

13. 58.2-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

14. 59.8-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 oktyabr 2018-ci il
No– 1296-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU