Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında
xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi
orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 12; 2001, No– 12, maddələr 731, 736; 2004, No– 2, maddə 57; 2005, No– 4, maddə 274, No– 7, maddə 590; 2006, No– 11, maddə 926; 2007, No– 1, maddə 1, No– 8, maddə 756, No– 11, maddə 1078; 2008, No– 3, maddə 155, No– 8, maddələr 694, 696; 2009, No– 6, maddələr 399, 406; 2010, No– 2, maddə 75, No– 3, maddə 171, No– 4, maddə 273, No– 7, maddə 599; 2011, No– 2, maddə 71; 2012, No– 11, maddə 1041; 2013, No– 2, maddə 93; 2016, No– 2, I kitab, maddə 192; 2017, No– 7, maddə 1255) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-ci maddəsinin ikinci hissəsinə “müddəaları” sözündən sonra “, həmçinin həmin Qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 7, maddə 443; 2006, No– 6, maddə 486, No– 11, maddə 927, No– 12, maddə 1013; 2007, No– 1, maddə 1, No– 5, maddə 441, No– 8, maddə 756, No– 11, maddə 1078; 2008, No– 3, maddə 155, No– 4, maddə 253; 2009, No– 6, maddə 399; 2010, No– 3, maddə 171, No– 6, maddə 484; 2016, No– 2, I kitab, maddə 194; 2017, No– 7, maddə 1259) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 5-1-ci maddə əlavə edilsin:
“5-1. Vergi orqanlarının vəzifəli şəxslərinin şəxsi işinin aparılması qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Maddə 3. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 7, maddə 453, No– 12, maddə 731; 2004, No– 10, maddə 760; 2005, No– 4, maddə 280, No– 10, maddələr 871, 872; 2006, No– 10, maddə 846, No– 11, maddə 927; 2007, No– 8, maddə 756, No– 11, maddələr 1073, 1081; 2008, No– 3, maddə 155, No– 10, maddə 882; 2009, No– 2, maddə 48, No– 6, maddə 399; 2010, No– 3, maddə 171, No– 4, maddə 273, No– 12, maddə 1057; 2011, No– 1, maddə 13, No– 2, maddə 71; 2013, No– 5, maddə 462; 2015, No– 5, maddə 489, No– 10, maddə 1090; 2016, No– 2, I kitab, maddə 187; 2017, No– 3, maddə 342, No– 7, maddə 1249) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 2-ci maddəsinin ikinci hissəsinə “müddəaları” sözündən sonra “, həmçinin həmin Qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilsin.

Maddə 4. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 12, maddə 972; 2010, No– 4, maddə 273, No– 5, maddə 385; 2011, No– 4, maddə 271; 2012, No– 5, maddə 412, No– 11, maddələr 1042, 1050; 2013, No– 3, maddə 228, No– 12, maddə 1468; 2016, No– 6, maddə 985; 2017, No– 7, maddə 1256, No– 8, maddə 1508, No– 12, I kitab, maddə 2206; 2018, No– 3, maddə 391) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 4-cü maddəsinə “qulluğa qəbul” sözlərindən sonra “və qulluq keçmə” sözləri və “müddəaları” sözündən sonra “, həmçinin həmin Qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 oktyabr 2018-ci il
No– 1318-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU