"Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” 2006-cı il fevralın 23-də Bakı şəhərində imzalanmış Konvensiya təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il
No– 284-IIIQ
Fayl şəklində yüklə

