"Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport
sahiblərinin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında” 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 noyabr 2018-ci il
No– 1340-VQ
Fayl şəklində yüklə