"Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə" Çoxtərəfli Sazişə qoşulmaq haqqında

Qanunlar      Paylaşın:        

“Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə”
Çoxtərəfli Sazişə qoşulmaq haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq   qərara alır:

Azərbaycan Respublikası 2010-cu il 24 sentyabr tarixində Nyu-York şəhərində imzalanmış “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə” Çoxtərəfli Sazişə Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 27 noyabr 2018-ci il
No– 1342-VQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU