"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının
1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 2, maddə 88; 2001, No– 11, maddələr 669, 676; 2002, No– 1, maddə 2, No– 5, maddələr 237, 243; 2006, No– 6, maddə 478; 2007, No– 8, maddə 756, No– 12, maddə 1197; 2008, No– 7, maddə 602, No– 8, maddə 701; 2009, No– 7, maddə 519; 2010, No– 3, maddə 171; 2013, No– 3, maddə 229, No– 5, maddə 470; 2014, No– 11, maddə 1336; 2015, No– 5, maddə 497; 2016, No– 1, maddə 37; 2017, No– 1, maddə 29) 11-ci maddəsində “10” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 14; 2001, No– 11, maddə 669; 2002, No– 5, maddə 237; 2006, No– 6, maddə 478; 2007, No– 8, maddə 756, No– 11, maddə 1075; 2008, No– 8, maddə 701, No– 10, maddə 886; 2009, No– 4, maddə 211, No– 7, maddə 519; 2010, No– 3, maddə 171; 2013, No– 3, maddə 230, No– 5, maddə 471, No– 11, maddələr 1297, 1310; 2014, No– 11, maddə 1342; 2015, No– 5, maddə 498; 2017, No– 1, maddə 31) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 18-ci maddəsinin birinci hissəsində “10” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 noyabr 2018-ci il
No– 1370-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU