"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, No– 2, maddə 40; 1994, No– 18, maddə 246; 1995, No– 22, maddə 359; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 241; 2004, No– 7, maddə 505; 2006, No– 6, maddə 478; 2007, No– 2, maddə 74; 2015, No– 3, maddə 256; 2018, No– 4, maddə 648) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Çoxmənzilli binanın idarə edilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.

2. 4-cü maddənin ikinci, üçüncü və dördüncü hissələri ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 noyabr 2018-ci il
No– 1376-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU