"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq     q ə r a r a    a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 23, maddə 996; 1993, No– 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 251; 2003, No– 12, I kitab, maddə 677; 2005, No– 4, maddə 291; 2006, No– 10, maddə 846; 2007, No– 3, maddə 213; 2008, No– 6, maddələr 452, 472; 2009, No– 1, maddə 4, No– 5, maddə 312, No– 7, maddələr 514, 515, No– 12, maddə 974; 2010, No– 3, maddə 174, No– 11, maddə 960; 2011, No– 11, maddə 992; 2012, No– 7, maddə 664, No– 11, maddələr 1036, 1048, 1061; 2013, No– 5, maddələr 460, 478, No– 10, maddə 1143, No– 12, maddə 1477; 2014, No– 6, maddələr 612, 623; 2015, No– 12, maddə 1447; 2016, No– 12, maddələr 1979, 2040; 2017, No– 1, maddələr 16, 27, No– 7, maddə 1311, No– 10, maddə 1771, No– 11, maddə 1962, No– 12, I kitab, maddələr 2242, 2269; 2018, No– 2, maddə 168, No– 3, maddə 387, No– 5, maddələr 841, 859, 874, No– 6, maddə 1190; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1289-VQD nömrəli və 30 oktyabr tarixli 1290-VQD nömrəli qanunları) 2-ci maddəsində “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)”yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2018-ci il
No– 1392-VQD

 


Azərbaycan Respublikasının 018-ci il 18 dekabr tarixli
1392-VQD nömrəli Qanunu ilə əsdiq edilmişdir


“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)”
Azərbaycan Respublikasının yubiley medalı aqqında

Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2019-cu il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğur qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd mühafizə orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və sərhəd mühafizə orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan
“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası
“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 

 

Azərbaycan Respublikasının
2018-ci il 18 dekabr tarixli
1392-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)”
Azərbaycan Respublikasının yubiley medalının

T Ə S V İ R İ

Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
2.2. Xarici və daxili çevrələr arasındakı yaşıl minalı fonda qövs boyunca yuxarı hissədə “AZƏRBAYCAN” sözü, aşağı hissədə “SƏRHƏD MÜHAFİZƏSİ” sözləri yazılmışdır.
2.3. Yazıların arasında hər birinin diametri 2 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
2.4. Daxili çevrənin içərisində doğan günəş fonunda yuxarı hissədə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissədə palıd yarpaqlarından ibarət çələng, Dövlət Gerbi ilə çələngin arasında “100” rəqəmləri həkk olunmuşdur.
2.5. Bütün yazılar, elementlər və rəqəmlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
3.2. Xarici və daxili çevrələr arasında qövs boyunca yuxarı hissədə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissədə “DÖVLƏT SƏRHƏD XİDMƏTİ” sözləri yazılmışdır.
3.3. Yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
3.4. Daxili çevrənin içərisində yuxarı hissədə səkkizguşəli ulduz, aşağı hissədə sünbül çələngi, çələngin üzərindən səkkizguşəli ulduza doğru üstü Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində mina ilə örtülmüş sərhəd nişanı həkk olunmuşdur.
3.5. Sərhəd nişanından sol tərəfdə “1919”, sağ tərəfdə “2019” rəqəmləri yazılmışdır.
3.6. Bütün yazılar, elementlər və rəqəmlər qabarıqdır.

Maddə 4. Medalın elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 55 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Xara lentin yuxarı hissəsinə üzərində üfüqi naxışlı iki kontur xətti və onların arasında, mərkəz hissədə sünbül çələngi ilə əhatələnmiş səkkizguşəli ulduz təsvir olunmuş 40 mm x 10 mm ölçülü lövhə, aşağı hissəsinə üzərində üfüqi naxışlı iki kontur xətti təsvir olunmuş 40 mm x 5 mm ölçülü lövhə bərkidilmişdir.  4.3. Naxışlar, səkkizguşəli ulduz və çələng qabarıqdır.
4.4. Xara lentin mərkəzində Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən və hər birinin eni 3 mm olan 3 şaquli zolaq, mərkəzdən sol və sağ kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ, 7 mm enində qızılı, 1,5 mm enində ağ və 4,5 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir.
4.5. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU