"Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, No– 5, maddə 753) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.2.10-cu maddə əlavə edilsin:
“4.2.10. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, banka və ya digər kredit təşkilatına pul vəsaitlərinin tutulmasına dair tələblərin göstərildiyi icra sənədinin təsdiq olunmuş surətinin verilməsi.”.

2. 6-cı maddə üzrə:
2.1. 6.1-ci maddədə “Bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulan növbəlilik istisna olmaqla, eyni” sözləri “Eyni” sözü ilə əvəz edilsin;
2.2. 6.4-cü maddə ləğv edilsin.

3. 14.3-cü və 14.4-cü maddələr müvafiq olaraq 14.2-ci və 14.3-cü maddələr hesab edilsin.

4. 20.4-cü maddə (ikinci halda) 20.11-ci maddə hesab edilsin.

5. 21-ci maddə üzrə:
5.1. 21.1.1-ci və 21.1.3-cü (ikinci halda) maddələrdə “və ya” sözləri “və olduğu halda” sözləri ilə əvəz edilsin;
5.2. 21.1.8-ci maddədə “həcmi” sözündən sonra “(yuxarı həddi)” sözləri əlavə edilsin.

6. 23.2.2-ci maddədə “21.1.1-ci və 21.1.2-ci” sözləri “21.1.3-cü və 21.1.4-cü” sözləri ilə əvəz edilsin.

7. 27-ci maddədə “, yüklülüyə dəyişikliklər edilməsi və yüklülüyə xitam vermə” sözləri “və yüklülüyə dəyişikliklər edilməsi” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1429-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU